"Neftçi"nin qadın komandası Çempionlar Liqasında "Fomget"lə qarşılaşacaq

Növbəti mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin qadın futbol komandası üçün rəqib müəyyənləşib.

“ağ-qaralar” dördüncü qrupun yarımfinal mərhələsində Türkiyənin “Fomget” komandası ilə üz-üzə gələcək.

Əgər Siyasət Əsgərovun baş məşqçilik etdiyi kollektiv yarımfinalda qələbə qazanarsa, finalda İsrail təmsilçisi “Kiryat” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” yarımfinal oyununu iyulun 30-da keçirəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV