Xaqan Əhməd “Sheki Open”in qalibi oldu

Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı sona çatıb. A qrupunda 9 turda hamıdan çox 8 xal toplayan azərbaycanlı şahmatçı Xaqan Əhməd yarışın qalibi olub.

Yarış ərzində 7 xal toplayan Ukrayna şahmatçısı Vasiliy Bernardskiy turniri ikinci pillədə başa vurub.

Azərbaycanın digər şahmatçısı Vüqar Manafov 6,5 xalla üçüncü yerdə qərarlaşıb.

B qrupunda təmsilçimiz Teymur Soltanov 8 xalla turnirin qalibi adını qazanıb. Yusif Kərimliylə Hüseyn Qurbanov müvafiq olaraq 2-3-cü yerləri tutub.

Qeyd edək ki, “Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir. İyunun 27- də layihənin növbəti yarışı “Shamaxhi Open” turniri start götürəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV