AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri gözlənilir

AFFA-nın İcraiyyə Komitəsinin iclasında qadın futbolu ilə bağlı struktur dəyişikliklərinin aparılması barədə qərar qəbul edilib.
İclasda AFFA-nın baş katibi Cahangir Fərəcullayev qadın futbolunun mövcud vəziyyəti ilə bağlı geniş təqdimatla çıxış edib. O, milli komandanın UEFA Millətlər Liqasındakı çıxışını, eləcə də qadın liqalarında başa çatan mövsümün nəticələrini dəyərləndirib.
Müzakirələr nəticəsində yaxın vaxtlarda qadın futbolunun idarə olunması ilə bağlı AFFA-da struktur dəyişikliyinin aparılması qərara alınıb.
