Açıq Respublika çempionatı başa çatıb

ESTAFET/ 30 sentyabr - 1 oktyabr 2017-ci il tarixlərində Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında qayayadırmanma üzrə Açıq Ölkə Çempionatı keçirilib.
Kişilər və qadınlar arasında üç mərhələdə (təsnifat, yarımfinal və final) keçirilən ümumrespublika yarışının qaliblərinə Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.
Çempionatın mükafatçıları aşağıdakı kimi formalaşıb.
Qadınlar arasında Çətinlik növü üzrə qayayadırmanma:
1. Sima Səfərova (FHN İSK)
2. Diana Hanina (Tornado İK)
3. Fatimə Səfərzadə (Qərb U.İK)
Kişilər arasında Çətinlik növü üzrə qayayadırmanma:
1. Ravil Xalafov (Climbers İK)
2. Zöhrab Şahbalayev (Ekosport İK)
3. Tərlan Həsənzadə (Şəki Ama İK)
Kişilər arasında Sürət növü üzrə qayayadırmanma:
1. Zöhrab Şahbalayev (Ekosport İK)
2. Ravil Xalafov (Climbers İK)
3. İlham İsrafilov (Salavat İK)
