Kartinqdə ilk uğur: 13 yaşlı Ömər Şahmuradov çətin yarışda 3-cü yerin qalibi oldu

13 yaşlı gənc idmançı Ömər Şahmuradov qısa müddətdir məşğul olduğu kartinq idman növündə ilk uğurunu qazanıb. Bir neçə aydır bu sahədə fəaliyyət göstərən Ömər, son yarışında güclü rəqabət və təhlükəli anlara baxmayaraq, üçüncü yeri tutaraq podiuma qalxıb.
Yarış barədə təəssüratlarını bölüşən Ömər bildirib ki, yarış çox gərgin keçib:
“Yarış zamanı az qala üç dəfə yıxılırdım, amma bütün çətinliklərə baxmayaraq, sona qədər mübarizə apardım və üçüncü oldum.”
Avtomobillərə olan sevgisinin uşaq yaşlarından formalaşdığını deyən Ömər kartinqə də bu ehtiras sayəsində maraq göstərməyə başladığını söyləyib:
“Maşınlara uşaqlıqdan böyük marağım olub. Buna görə də kartinq idmanına qoşuldum. Bu, mənim əsas hobbimə çevrilib.”
Gələcəkdə peşəkar yarışçı olmaq arzusunda olan Ömər artıq bu yolda ilk addımlarını atmaqda qərarlıdır. O, qarşıdakı yarışlara daha ciddi hazırlaşaraq daha böyük uğurlar qazanmaq niyyətindədir.
