Azərbaycan badminton millisi dünya reytinqində 27-ci sıraya yüksəldi!

Badminton üzrə milli komandamız BWF (Dünya Badminton Federasiyasının) açıqladığı yeni reytinq siyahısında 121 ölkə arasında 27-ci sırada yüksəlib. Komandamızın hesabında 2726 reytinq xalı var. Millimiz son 3 ayda reytinqdə 18 pillə irəliləyib.(https://bwfbadminton.com/rankings/?id=3)
Bu Azərbaycan badmintonu tarixində ən yüksək göstəricidir.
Məlumat üçün qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan millimiz ötən illər ərzində ümumi reytinq sıralamasında 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı sırada yer alırdı.
