Cüdo üzrə Liqa yarışının II turu başa çatdı - 170 idmançı medallar uğrunda mübarizə apardı

İyulun 4-də cüdo üzrə kişilər arasında Liqa yarışının II turu keçirilib.

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 39 klub və idman cəmiyyətindən olan 170 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.

Qeyd edək ki, cari ildə kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.

Kişilər arasında Liqa yarışının II turunda qeydə alınan nəticələr:

-60 kq
1. Murad Əliyev (Abşeron Xırdalan)
2. Qüdrət Yusif (Azəri-Cüdo İKİB)
3. Hüseyn Allahyarov (Judo Club 2012)
3. Amin İsmayılov (DİN İC)

-66 kq
1. Tofiq Məmmədov (Azəri-Cüdo İKİB)
2. Rəşad Yelkiyev (Kanokan-TT İK)
3. Eltac Yusifli (Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM)
3. Nurlan Kərimli (Neftçi İK)

-73 kq
1. Rüfət Şövlətov (Judo Club 2012)
2. Nəriman Mirzəyev (Neftçi İK)
3. Xanəhməd Şərifov (Neftçi İK)
3. İbrahim Əliyev (Judo Club 2012)

-81 kq
1. Sadiq Həsənli (Atilla İK)
2. Turqut Novruzov (Judo Club 2012)
3. Vüsal Qələndərzadə (Atilla İK)
3. Asim Qulamzadə (Aydın Gənclər İK)

-90 kq
1. Məhərrəm İmamverdiyev (Judo Club 2012)
2. Məmmədrza Hacızadə (Judo Club 22012)
3. Naim Hüseynov (DİN İC)
3. Adil Adilzadə (Neftçi İK)

-100 kq
1. Əjdər Bağırov (DİN İC)
2. Nihad Şıxəlizadə (Neftçi İK)
3. Natiq Bəşirov (Mərkəzi Ordu İK)
3. Hüseyn Eyvazlı (Qəbələ İK)

+100 kq
1. Kənan Nəsibov (Kanokan-TT İK)
2. Qurban Məmmədli (Judo Club 2012)
3. Rauf Yadigarlı (RKİM)
3. Hüseyn Məmmədov (Kanokan-TT İK)

Müəllif: Bəhruz MƏMMƏDOV