“Ümid edirəm ki, bu seriya tezliklə başa çatacaq”

Misli Premyer Liqasının IV turunun “Turan Tovuz” – “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

“Qısaca onu deyim ki, yaxşı oyun göstərdik. Sadəcə qol vəziyyətlərindən istifadə edə bilmədik. Gərəksiz bir qol buraxdıq. Ümid edirəm ki, bu seriya tezliklə başa çatacaq. Komandamız əslində yaxşı oynayır. Sadəcə qol vəziyyətlərindən istifadə edə bilmirik. Bilirik ki, heyəti daha da gücləndirməyə ehtiyac var. Bu istiqamətdə də işlər aparılır. Bu cür matçlarda oyunu sonradan gücləndirəcək futbolçuların olması vacibdir. Demək olar ki, bir səhv həlledici oldu. Bir səhvin nəticəsində də  uduzduq”.

Müəllif: Bəhruz MƏMMƏDOV