Nübel bunu edən ilk alman oldu

ESTAFET/ "Ştutqart"ın üzvü Aleksandr Nübel UEFA Avropa Liqası matçında məhsuldar ötürmə verən ilk alman qapıçı olub.
28 yaşlı qolkiper bunu İspaniya təmsilçisi "Selta"ya qalib gəldikləri əsas mərhələnin I turunun oyununda bacarıb.
O, 51-ci dəqiqəqədə assist müəllifi olub. Nübel karyerasında ilk məhsuldar ötürməsinə 2024/2025 mövsümündə, "Maynts 05" ilə qarşılaşmada imza atıb.
"Ştutqart" "Selta"nı 2:1 hesabı ilə üstələyib.
