"Nəticələr gözlədiyimizdən uğurlu oldu" Könül Mikayılova

ESTAFET/ Azərbaycanın stolüstü tennisçilərinin III MDB Oyunlarında qazandığı nəticələr gözləniləndən uğurlu olub.

Bunu Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova final görüşlərindən sonra deyib.

O, yarışa yaxşı hazırlaşdıqlarını vurğulayıb:

"Yarışa tam heyətlə hazırlaşmışdıq. Rəqiblər çox güclü idi. Bu gün hər üç finalda Rusiya təmsilçilərinə məğlub olduq. Buna baxmayaraq, nəticə bizim üçün gözləniləndən də yaxşı oldu".

Qeyd edək ki, Azərbaycan stolüstü tennisçiləri III MDB Oyunlarında 6 gümüş, 3 bürünc medalla ikinci pilləni tutublar.

Müəllif: Natiq NƏSİROV