Çövkən üzrə Azərbaycan millisi yarımfinalda - III MDB Oyunları

ESTAFET/ Bu gün Şəki Şəhər Stadionunda III MDB Oyunları çərçivəsində çövkən üzrə yarışlar davam edir.

Azərbaycan millisi bu gün Küveyt yığmasını 5:0 hesabı ilə məğlub edib. Bununla da millimiz qrupu birinci yerdə başa vuraraq, yarımfinala yüksəldi.

Çövkən üzrə turnirdə 6 komanda iştirak edir. A qrupunda Azərbaycan, Qırğızıstan və Küveyt, B qrupunda isə Özbəkistan, Qazaxıstan və Türkiyə yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksəlirlər.

Azərbaycan millisi yarımfinal oyununu oktyabrın 4-də keçirəcək.

Müəllif: Natiq NƏSİROV