UEFA KLUBLARIMIZA PUL VERDİ

ESTAFET/ UEFA-nın 19 iyul 2016-cı il tarixli 39 nömrəli məktubuna və həmin məktubun 3.1.3-cü bəndinə əsasən, kommersiya fəaliyyətindən irəli gələn əlavə gəlirlərin seçmə mərhələlərdə iştirak edən klublara bölüşdürülməsi nəzərdə tutulub. Ayrılmış həmin maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada aşağıda göstərilmiş klubların hesabına köçürülüb:

"Qarabağ" - 75450.00 avro
"Neftçi" - 33220.00 avro
"Qəbələ" - 50960.00 avro
"Kəpəz" - 33220.00 avro

Qeyd: "Kəpəz" klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.