"Hələ çox iş görməliyik": Kurban Berdıyev

ESTAFET/ “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 7-ci turu çərçivəsində səfərdə "Sumqayıt"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
O, 3:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
“Uşaqları təbrik etdim. Var gücləri ilə intizamlı oynadılar. Qələbəyə layiq idik. Amma hələ çox iş görməliyik. Müəyyən çatışmazlıqlar var.
Əvəzedici komandadan bizimlə məşq edənlər var. Qeyri-təbii şəkildə cavan oyunçunu meydana buraxmaq olmaz. Burada rəqabət var, onlar rəqabətdə uduzurlar. Belə olan halda kimisə necə oynadım? Sonra ehtiyatda oturan futbolçularla problem ola bilər. Rəqabətdə qalib gəlmək lazımdır.
Növbəti turda "Qarabağ"la qarşılaşacağıq. "Qarabağ" istənilən halda "Qarabağ"dır. Onların ikinci heyəti də əsas heyətə bərabərdir. "Qarabağ"la matçla bağlı nəsə demək, proqnozlaşdırmaq çətindir. Onlar Çempionlar Liqasında oynayırlar. Qələbələr münasibətilə Qurban Qurbanovu təbrik edirəm. Fasilənin necə təsir edəcəyini demək çətindir. Oyunlar bunu göstərəcək”.
