“Qarabağ”la “Turan Tovuz”dan qələbə

ESTAFET/ Misli Premyer Liqasında 7-ci turun oyunları keçirilir.
Bu gün daha 2 oyun baş tutub.
“Qarabağ” sonuncu yerdə gedən “Kəpəz”i qəbul edib. Hansı ki, bu komanda Adil Şükürovu Azər Bağırovla əvəzləmək məcburiyyətində qalıb. Ağdam təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb.
Digər oyun isə “Sumqayıt”la “Turan Tovuz” arasında olub. Tovuz təmsilçisi rəqibini böyük hesabla məğlub edib.
Daha öncə keçirilmiş “Zirə” – “Neftçi” matçında (2:2) qalib müəyyənləşməyib, “Araz-Naxçıvan” “İmişli”ni məğlub edib – 2:0. “Karvan” – “Sabah” və “Qəbələ” – “Şamaxı” oyunları sabah keçiriləcək.
Premyer Liqa
7-ci tur
4 oktyabr 2025
“Qarabağ” – “Kəpəz” 1:0
Qol: Sami Mmae 38.
Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli.
“Azərsun Arena”, 17:00.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 9. Luis Paçu, 11. Vitor Feyjao, 29. Dioqo Verdaska, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 10. Ryonosuke Ohori, 38. Cefferson Bento.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 19. Otar Aptsiauri, 55. Kresus Donqo, 6. Pedro Qomes.
Baş məşqçi: Azər Bağırov.
“Sumqayıt” – “Turan Tovuz” 0:3
Qollar: Joarlem Santos 35, Aleks Souza 59, Ayxan Hüseynov 90+3.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 47. Hüseyn Xıdırov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 19. Roi Kehat, 10. Nikola Ninkoviç.
Baş məşqçi: Saşa İliç.
Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev (k), 5. Roderik Miller, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev.
Baş məşqçi: Kurban Berdıyev.
