Baş məşqçi müşavir vəzifəsinə təyin olundu

ESTAFET/ Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov yeni vəzifəyə təyin edilib
Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Mütəxəssis postundan ayrılaraq fəaliyyətini federasiyada müşavir kimi davam etdirəcək.
Rəşad Əbdürəhmanov 12 il Azərbaycan millisinin baş məşqçisi vəzifəsində çalışıb.
