Azərbaycan üzgüçüləri daha bir medal qazanıblar - III MDB Oyunları

ESTAFET/ Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.

4×200 metr məsafəyə sərbəst üsulla üzməkdə Azərbaycan üzgüçüləri Oqtay Hüseynov, Yeqor Maynitskiy, Fərhad Şirməmmədli və Süleyman İsmayılzadə bürünc mükafat əldə edib.

Rusiya idmançıları qızıl, Qazaxıstan üzgüçüləri isə gümüş medala sahib çıxıblar.

Müəllif: Natiq NƏSİROV