Çexiya millisində müvəqqəti baş məşqçi

ESTAFET/ Çexiya Futbol Assosiasiyası milliyə müvəqqəti baş məşqçi təyin edib.

Yığma Yaroslav Kestlə tapşırılıb.

Mütəxəssis Çexiya millisini noyabrın 13-də San Marino ilə yoxlama görüşünə və 4 gün sonra Cəbəlüttariqlə keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin oyununa hazırlayacaq.

Komanda hazırda 13 xalla L qrupunda ikinci yerdədir.

Yaroslav Kestl daha əvvəl Çexiya millisinin baş məşqçisi vəzifəsində çalışmış İvan Haşekin köməkçilərindən biri olub.

Müəllif: Natiq NƏSİROV