AFFA iki komandaya texniki məğlubiyyət verdi

ESTAFET/ AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

U-14 Liqasında keçirilməli olan “Lokomotiv” (Ucar) - “Difai” oyunu “Difai”nin təyin edilən vaxtda meydanda olmamasına görə baş tutmadığı üçün “Difai”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında keçirilməli olan “Həkəri” (Qubadlı) - “Polad” FK oyunu “Polad”ın təyin edilən vaxtda meydanda olmamasıına görə baş tutmadığı üçün “Polad” FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Müəllif: Məsim MƏSİMZADƏ