Azərbaycan millisindən yoxlama oyununda növbəti qələbə

ESTAFET/ Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununda da qələbə qazanıb.

Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstana qalib gəlib

Çimkənd şəhər stadionunda baş tutan matç millinin 1:0 hesablı üstünlüyü ilə bitib.

Qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva rəqib komandanın qapısından keçirib.

Qeyd edək ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV