F1 - GERMANY GRAND PRIX

ESTAFET/ Formula 1 üzrə Almaniya Qran Prisi başa çatıb. Yerli azarkeşlərin böyük səbirsizliklə gözlədikləri sürət yarışında onların ümidləri doğrulmayıb. Belə ki, almanlar Bakıda keçirilən Avropa Qran Prisinin qalibi olmuş həmyerliləri Niko Rosberqdən qələbə gözləyirdilər. Çünki bu qələbə Niko üçün ümumi siyahıda liderliyi Lyuis Hamiltondan geri almasını təmin edəcəkdi. Hamilton isə son dövrələrdəki gərgin mübarizəyə baxmayaraq, yarışı 1-ci tamamlayıb (mövsümdə 4-cü dəfə) və hazırda 217 xalla ümumi çempionluq siyahısına başçılıq edir. 


Niko Rosberq isə bütün cəhdlərinə və hücumlarına baxmayaraq Red Bull pilotları Daniel Rikkardo və Maks Ferstappenini də ötə bilməyib və sonda mukafatçılar sırasına da düşə bilməyib.

 

Pilotlar Şəxsi birincilkdə yay fasiləsinə aşağıdakı ardıcıllıqda getdilər:

 

1. Xamilton (Mercedes) - 217

2. Rosberq (Mercedes) - 198

3. Rikkardo (Red Bull) - 133

4. Raykkonen (Ferrari) - 122

5. Fettel (Ferrari) - 120 

 

Mühərriklər Kubokunda isə ilk 5-likdə vəziyyət belədir:

 

1. Mercedes - 415

2. Red Bull - 256

3. Ferrari - 242

4. Williams - 96

5. Force İndia - 81