Ramil Vəlizadə İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazandı!

Azərbaycan milli komandasının üzvü Ramil Vəlizadə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti uğura imza atıb.

"innews media" xəbər verir ki, idmançımız 200 metr məsafəyə kəpənək üsulu ilə üzgüçülük yarışında 02:01.16 nəticə göstərərək gümüş medala layiq görülüb.

Bu nəticə Ramil Vəlizadənin beynəlxalq arenadakı uğurlu çıxışlarının davamı kimi dəyərləndirilir və Azərbaycan üzgüçülüyünün inkişafını nümayiş etdirir.

Müəllif: Bəhruz MƏMMƏDOV