“Naxçıvan" "Lənkəran"a qalib gəldi

ESTAFET/ Azərbaycan Basketbol Liqasının 8-ci turunun növbəti oyunu keçirilib.

B qrupunda "Naxçıvan" "Lənkəran"la münasibətlərə aydınlıq gətirib.

"Sərhədçi" İdman Mərkəzində baş tutan qarşılaşma Naxçıvan kollektivinin 82:75 hesablı qələbəsi ilə bitib.

Turun əvvəlki matçlarında "Sərhədçi" "Ordu"nu 100:64, "Gəncə" "Neftçi"ni 80:73, "Abşeron Lions" NTD-ni 102:87 hesabı ilə məğlub edib.

Müəllif: Natiq NƏSİROV