Martines son qələbəni şərh etdi

ESTAFET/ “İnter”in hücumçusu Lautaro Martines İtaliya A Seriyasının 14-cü turu çərçivəsində “Komo” üzərində 4:0 hesablı ev qələbəsini şərh edib.
Argentinalı futbolçununun müvafiq açıqlamasını təqdim edirik:
“Bu gün gücümüzü göstərdik, axı rəqibimiz gənc və səmərəli oyunçulara, yaradıcı məşqçiyə malik büsbütün ciddi bir rəqib idi. Bu, bizim üçün səmərəli və vacib qələbədir”, deyə Martines vurğulayıb.

