Millimizin qapıçısı Türkiyə klubu ilə anlaşdı

ESTAFET/ Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nərgiz Əliyeva Türkiyədə klubunu dəyişib.

23 yaşlı qapıçı Super Liqa təmsilçisi "Sanayispor"la anlaşıb.

Bu barədə Girəsun klubunun mətbuat xidmətindən bildirilib.

Əliyeva son mövsümü Superliqanın digər təmsilçisi "Fatih Vətən"də keçirib.

Müəllif: Bəhruz MƏMMƏDOV