1/4 final mərhələsinin cütləri bəlli oldu

ESTAFET/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri bəlli olub.

Buna 1/8 final mərhələsinin oyunlarından sonra aydınlıq gəlib.

1/4 final mərhələsinin cütləri:

"Turan Tovuz" - "Kəpəz"
"Zirə" - "Sumqayıt"
"Şamaxı" - "Qarabağ"
"Sabah" - "Qəbələ"

1/4 final mərhələsinin ilk oyunları 3-4 fevralda, cavab matçları 3-4 martda təşkil olunacaq.

Müəllif: Natiq NƏSİROV