5-ci turun daha 2 iki oyunu arxada qaldı

ESTAFET/ Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun növbəti matçları keçirilib.
"Milli Aviasiya Akademiyası" komandası "Murov Az Terminal"lı 3:0 hesabı ilə məğlub edib.
Qarşılaşma Milli Aviasiya Akademiyasının idman zalında baş tutub.
Digər görüşdə isə "Turan" UNEC kollektivinə heç bir şans tanımayıb rəqibini eyni hesabla - 3:0 üstələyib.
Bu matç isə UNEC-in idman zalında keçirilib.
Turun ötən gün baş tutan "DH Volley" - "Gənclər" görüşündə birincilər 3:0 hesablı qələbə qazanıb. Qadınlar arasında Yüksək Liqanın V turuna sabah yekun vurulacaq.

