Azərbaycan milliləri Belarusda beynəlxalq turnirdə iştirak edəcəklər

ESTAFET/ Azərbaycanın basketbol üzrə oğlan və qızlardan ibarət U-16 milliləri Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq yarışa qatılacaqlar.

Paytaxt Minskdə baş tutacaq yarışda 2009-cu il təvəllüdlü və daha gənc basketbolçular iştirak edəcəklər.

Turnirdə Azərbaycanla yanaşı, ev sahibi ölkənin yığmaları, Qazaxıstan və Rusiya seçmələri mübarizə aparacaqlar.

Yarış dekabrın 5-dən 7-dək davam edəcək.

Müəllif: Natiq NƏSİROV