Eldar Zülfüqarova yeni təyinat

ESTAFET/ Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə yeni təyinat göndərib.

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov dekabrın 10-da Türkiyədə keçiriləcək kişi voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin “Ziraat Bankkart” (Türkiyə) və “Tours VB” (Fransa) klubları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq. Matçın baş hakimi vəzifəsini serbiyalı Aleksandar Petrovic icra edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV