“Napoli” Lukkanın xidmətində maraqlı deyil

ESTAFET/ “Napoli” cari mövsümün sonuna qədər “Udineze”dən icarəyə götürdüyü italyan hücumçu Lorentso Lukkanın xidmətində maraqlı deyil.

Əsas səbəb, cari mövsümün sonuna qədər müddətə “Mançester Yunayted”dən icarəyə götürülmuş danimarkalı hücumçu Rasmus Höylunun (Höylunn) yüksək səviyyədə çıxışıdır.

Vurğulanır ki, Lukka qarşıdakı qış transfer pəncərəsində “eşşəkciklər”in düşərgəsini tərk etməyəcək, amma mövsümün sonunda “Napoli” Lukkanı tamhüquqlu əsasda satın almaycaq.

Müəllif: Orxan NOVRUZOV