Prosineçkinin yeni iş yeri bilindi

ESTAFET/ Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri bəlli olub.

Xorvatiyalı mütəxəssis Qırğızıstan millisinin baş məşqçisi təyin edilib.

Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. 56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, son olaraq Monteneqro yığmasına rəhbərlik edən Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Müəllif: Əli FƏRZƏLİYEV