Fərid Qayıbov D-8-in baş katibi ilə görüşüb

D-8 ölkələrinin Gənclər Dialoqu çərçivəsində dekabrın 6-da gənclər və idman naziri Fərid Qayıbov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam ilə görüşüb.

Görüşdə Azərbaycan ilə D-8 arasında əməkdaşlıq məsələləri və birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

Müəllif: Bəhruz MƏMMƏDOV