“Xankəndi” FK-nın qış hazırlıq planları açıqlanıb

II Liqanın ikinci dövrəsinə hazırlıqlarını davam etdirən “Xankəndi” Futbol Klubunun (FK) qış mövsümü üçün planları müəyyənləşib.
Klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İbrahim Uzuncanın komandası 15 yanvar tarixində bir araya gələcək və Bakı şəhərində yerləşən “Neftçi Baza”da 10 günlük təlim-məşq toplanışı keçəcək.
Hazırlıq prosesi həm fiziki, həm də taktiki baxımdan komandanın 2-ci dövrəyə optimal şəkildə hazırlaşmasını hədəfləyir.
Qeyd edək ki, təlim-məşq toplanışı eyni zamanda seleksiya xarakteri daşıyacaq. Bu müddət ərzində məşqçilər korpusu tərəfindən potensial yeni futbolçuların baxışdan keçirilməsi nəzərdə tutulur.
Yeni transferlərlə bağlı əlavə məlumatlar klubun mətbuat xidməti tərəfindən ictimaiyyətə təqdim olunacaq.
Xatırlaqdaq ki, “Xankənd” qış fasiləsinə “Qaradağ Lökbatan”la birgə 39 xalla şərikli lider kimi yollanıb.

