“Zirə”dən ilk yoxlama oyununda məhsuldar heç-heçə

ESTAFET/ Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Zirə" ilk yoxlama oyununa çıxıb.

Antalya şəhərində Rumıniyanın "Çiksereda" kollektivi ilə qarşılaşan Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv rəqibi ilə 3:3 hesablı heç-heçəyə razılaşıb.

Azərbaycan təmsilçisinin qollarını Namik Ələskərov (10) və Rövlan Muradov (17,45 - hər ikisi penalti) vurublar.

“Qartallar" yanvarın 16-da Ukraynanın "Aleksandriya" və Çexiyanın "Bohemians 1905" klubları ilə qarşılaşacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV