“Decathlon”da “Neftçi”nin rəsmi mağazasının açılış mərasimi oldu

ESTAFET/ “Neftçi” PFK-nın rəsmi mağazası bundan sonra “28 Mall”da yerləşən “Decathlon”da da fəaliyyət göstərəcək.

Bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.

Tədbirdə klubun rəsmiləri ilə yanaşı, futbolçular – Emin Mahmudov, Vensan Abubakar və Murad Məmmədov da iştirak ediblər. Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlər onlarla xatirə şəkilləri çəkdiriblər.

Açılışa qatılan qonaqlara “Neftçi” PFK-dan xüsusi hədiyyələr də təqdim olunub.

Bundan əvvəl “Gənclik Mall”da yerləşən “GO Sport”da da “Neftçi”nin rəsmi mağazasının açılışı baş tutmuşdu.

Müəllif: Natiq NƏSİROV