“Yuventus”dan türkiyəli hücumçu ilə yeni müqavilə

ESTAFET/ "Yuventus" türkiyəli hücumçusu Kenan Yıldızın müqaviləsinin müddətini uzadıb.
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Türkiyəli vingerlə 2030-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb. 20 yaşlı futbolçunun illik maaşı 6 milyon avro təşkil edəcək.
"Yuventus" Kenan Yıldızı 2022-ci ilin yayında "Bayern"in akademiyasından transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

