“Ordu”dan növbəti qələbə

ESTAFET/ Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir oyunu keçirilib.

B qrupunda "Naxçıvan" klubu ilə qarşılaşan "Ordu" 95:92 hesablı qələbə qazanıb.

Qarşılaşma Bakı İdman Sarayında baş tutub.

Tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" isə "Sərhədçi"ni (97:89) məğlub edib.

Müəllif: Məsim MƏSİMZADƏ