"Barselona"nın yarımfinaldakı rəqibi bilindi

ESTAFET/ İspaniya kubokunun yarımfinal mərhələsinin püşkatması keçirilib.

Püşkün nəticələrinə əsasən, "Atletiko" "Barselona" ilə, "Atletik" isə "Real Sosyedad"la qarşılaşacaq.

İlk oyunlar 10-12 fevral, cavab oyunları isə 3-5 mart tarixlərində keçiriləcək. Final aprel ayında Sevilyadakı "Olimpiko de Sevilla – La Cartuja" stadionunda olacaq.

Müəllif: Natiq NƏSİROV