Cüdoçularımızın “Böyük Dəbilqə”dəki ilk rəqibləri müəyyənləşdi

ESTAFET/ Fransanın paytaxtı Parisdə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşibb.

Dünya Cüdo Turu seriyasına daxil olan ilin ilk yarışında Azərbaycan 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 78 ölkədən 488 cüdoçu iştirak edəcək.

Paris “Böyük Dəbilqə”sinin təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 11:00-da, final bloku isə 20:00-da başlayacaq.

Kişilər

-60 kq, 1/16 final

Balabəy Ağayev – Kim Hvasu (Koreya) / Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə

-66 kq, 1/16 final

Nazir Talıbov – Migel Qaqo (Portuqaliya) / Erbol Abasbekov (Qırğızıstan) cütünün qalibi ilə

Ruslan Paşayev – Yusuf Nurkoviç (Monteneqro) / Bence Ponqrats (Macarıstan) cütünün qalibi ilə

-81 kq, 1/16 final

Zelim Tçkayev – Vanq Cian-nan (Çin) / Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün qalibi ilə

Vüsal Qələndərzadə – Saşa Jiqli (Fransa) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə

-100 kq, 1/16 final

Əjdər Bağırov – Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası)

+100 kq, 1/16 final

Uşanqi Kokauri – Marvin Belz (Almaniya)

Kənan Nəsibov – Ştefan Heqi (Avstriya)

Müəllif: Natiq NƏSİROV