“Naxçıvan” amerikalı basketbolçu ilə gücləndi

ESTAFET/ "Naxçıvan" ABŞ-dən olan basketbolçu Roderik Smiti heyətinə qatıb.
Bu barədə klubdan məlumat verilib.
26 yaşlı oyunçu son olaraq Meksikanın "Mazatlan Venados" klubunda çıxış edib.
O, 2023-2024-cü illərdə "Sumqayıt" klubunun formasını geyinib.

