Premyer Liqada yanvar ayının ən yaxşı qolu müəyyənləşdi

ESTAFET/ Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqasının 2025/2026 mövsümündə "ayın qolu" layihəsinin yanvar üçün qalibinin adını açıqlayıb.

Bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

"Qəbələ"nin futbolçusu Domi Massumonun dəqiq zərbəsi yanvarın ən yaxşı qolu seçilib

Qaliblər 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirilir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

Müəllif: Əlyar ŞƏRİFOV