“Naxçıvan”la “Ordu” üz-üzə

ESTAFET/ Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir oyunu keçiriləcək.

Bu gün B qrupunda "Naxçıvan" klubu "Ordu" ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

"Naxçıvan" B qrupunda 27 xalla ikinci pillədə qərarlaşıb. "Ordu" 29 xalla qrupun lideridir.

Tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" isə "Sərhədçi"ni (97:89) məğlub edib.

Müəllif: Məsim MƏSİMZADƏ