15-ci tura yekun vurulur

ESTAFET/ Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tura bu gün yekun vurulacaq.

Sonuncu oyun günündə bir qarşılaşma keçiriləcək.

"Xilasedici" "Murov Az Terminal"ı qəbul edəcək. Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalındakı oyun saat 16:00-da start götürəcək.

Daha əvvəl "Ordu" "Gənclər"i 3:0, "Neftçi" "Azərreyl"i 3:2 hesabı ilə üstələyib.

Müəllif: Bəhruz MƏMMƏDOV