Yüksək Liqada 15-ci tur başlayır

ESTAFET/ Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tura start veriləcək.

Turun ilk oyun günündə iki görüş baş tutacaq.

Saat 16:00-da "Abşeron" "Murov Az Terminal"la üz-üzə gələcək. Saat 18:00-da isə "DH Volley" və "Gəncə" komandaları meydana çıxacaq.

Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.

Qeyd edək ki, 15-ci tura fevralın 27-də yekun vurulacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV