“Abşeron” və “DH Volley”dən qələbə

ESTAFET/ Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci tura start verilib.

Turun ilk oyun günündə iki görüş baş tutub.

Əvvəlcə "Abşeron" "Murov Az Terminal" komandasını 3:1 (25:14, 21:25, 25:17, 25:13) hesabı ilə üstələyib. Ardınca isə "DH Volley" komandası "Gəncə"ni məğlub edib - 3:2.

Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

15-ci tura fevralın 27-də yekun vurulacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV