BU DƏFƏ YANA HAMINI QABAQLADI

ESTAFET/ Qadınlar üzrə voleybol üzrə Türkiyə çempionatında növbəti turun oyunları keçirilib. Azərbaycan milli komandasının üzvü olan voleybolçular da bu oyunlarda iştirak ediblər.

 

"Fənərbaxça"nın "Beşiktaş"ı 3:0 hesabı ilə məğlub etdiyi oyunda yığmamızın lideri Polina Rəhimova 20 xal toplayıb.

 

Odina Bayramova ("Seramiksan") və Yana Kulanın ("Beylikdüzü") komandaları bu tur üz-üzə gəliblər. Yananın 23 xal topladığı görüş onun komandasının çətin qələbəsi ilə yekunlaşıb - 3:2. Bayramova isə komandasına 6 xalla kömək edə bilib.