HƏSƏNOVA KOMANDASININ ƏN MƏHSULDARI OLDU
ESTAFET/ Fransa çempionatında 3-cü turun oyunlarına start verilib. Azərbaycan yığmasının blok oyunçusu Olena Həsənova şərəfini qoruduğu "Le Cannet" "Evreux" komandasına qarşı səfər oyununda mövsümün ilk məğlubiyyətini aldı. Bu matçda aktivinə 14 xal yazan Həsənova komandasının ən məhsuldar oyunçusu olub.