KOMANDALARIMIZDAN VACİB QƏLƏBƏLƏR: KAÇ-2017, V TUR

ESTAFET/ Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa Çempionatı davam edir. Xəbər verdiyimiz kimi, Azərbaycanın həm kişilər, həm də qadınlar arasında mübarizə aparacağı yarış noyabrın 6-dək davam edəcək. 

 
Bu gün çempionatda 5-ci turun oyunları keçirilir. Hələ ki, stabil oyun göstərməyən yığmalarımız bu tur Çexiya (kişilər) və İsrail (qadınlar) şahmatçıları ilə qarşılaşacaqlar. 
 
KAÇ-2017: KİŞİLƏR, V TUR
 
Azərbaycan - Çexiya  3:1
Şəhriyar Məmmədyarov (2791) - David Navara (2726)  1:0
Teymur Rəcəbov (2741) - Viktor Lazniçka (2654)  0,5:0,5
Arkadiy Naydiç (2702) - Jiri Stoçek (2581)  0,5:0,5
Rauf Hüseynov (2678) - Voytex Plat (2551)  1:0
 
 
KAÇ-2017: QADINLAR, V TUR
 
İsrail - Azərbaycan  1,5:2,5
Yuliya Şvayqer (2442) - Zeynəb Məmmədyarova (2298)  0:1
Marsel Efriomski (2329) - Ülviyyə Fətəliyeva (2348)  0,5:0,5
Maşa Klinova (2289) - Gülnar Məmmədova (2385)  0,5:0,5

Olqa Qutmaxer (2226) - Xanım Balacayeva (2319)  0,5:0,5