KOMANDALARIMIZDAN VACİB QƏLƏBƏLƏR: KAÇ-2017, V TUR
ESTAFET/ Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa Çempionatı davam edir. Xəbər verdiyimiz kimi, Azərbaycanın həm kişilər, həm də qadınlar arasında mübarizə aparacağı yarış noyabrın 6-dək davam edəcək.
Bu gün çempionatda 5-ci turun oyunları keçirilir. Hələ ki, stabil oyun göstərməyən yığmalarımız bu tur Çexiya (kişilər) və İsrail (qadınlar) şahmatçıları ilə qarşılaşacaqlar.
KAÇ-2017: KİŞİLƏR, V TUR
Azərbaycan - Çexiya 3:1
Şəhriyar Məmmədyarov (2791) - David Navara (2726) 1:0
Teymur Rəcəbov (2741) - Viktor Lazniçka (2654) 0,5:0,5
Arkadiy Naydiç (2702) - Jiri Stoçek (2581) 0,5:0,5
Rauf Hüseynov (2678) - Voytex Plat (2551) 1:0
KAÇ-2017: QADINLAR, V TUR
İsrail - Azərbaycan 1,5:2,5
Yuliya Şvayqer (2442) - Zeynəb Məmmədyarova (2298) 0:1
Marsel Efriomski (2329) - Ülviyyə Fətəliyeva (2348) 0,5:0,5
Maşa Klinova (2289) - Gülnar Məmmədova (2385) 0,5:0,5
Olqa Qutmaxer (2226) - Xanım Balacayeva (2319) 0,5:0,5