Bəhruz Quluzadə Avropa çempionu oldu

ESTAFET/ Xəbər verdiyimiz kimi, bugündən etibarən Larnakada (Kipr) taekvondo üzrə gənclər arasında Avropa çempionatı başlayıb. 3 gün boyunca davam edəcək mötəbər yarışın ilk günü yığmamız üçün uğurlu alınıb. Belə ki, 45 kq çəki dərəcəsində mübarizəyə qatılan Bəhruz Quluzadə ardıcıl olaraq Yasin Xey (Belçika, 28:17), Meyson Yerrou (Böyük Britaniya, 14:9), Ruslan Yakutov (Rusiya, 11:3) və Zurab Kintsuraşvilini (Gürcüstan, 10:10 - Qızıl xal 2:0) məğub edərək finala yüksəlib. Finalda  daha bir rus idmançısı Dmitriy Şişko yarışdan kənarlaşdırıb. Final döyüşündə rusiyalı Dmitro Şişkoya 10:9 hesabı ilə qalib gələn Bəhruz gənclər arasında Avropa çempionu tituluna sahib olub. Vurğulayaq ki, Bəhruz yeniyetmələr arasında da bu titulun sahibi olub (Fransa, 2015).

 

Bu gün mübarizəyə qoşulan digər 3 taekvondoçumuz - Qasım Aslanov (59 kq), Minayə Əkbərova (42 kq) və Nərmin Süleymanova (52 kq) ilk döyüşlərindən məğlub olaraq mübarizəni dayandırıblar. Onlar müvafiq olaraq, İtaliya, Rusiya və Finlandiya təmsililərinə uduzublar.