İNTİZAM KOMİTƏSİ NÖVBƏTİ QƏRARLARINI AÇIQLADI

ESTAFET/ İntizam Komitəsinin növbəti iclasında aşağıdakı qərarlar qəbul olunub.

 

Topaz Premyer Liqasının X turunun "Qarabağ" - "Səbail" matçının 43-cü dəqiqəsində "Qarabağ" klubunun 25 N-li futbolçusu Ansi Aqolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

 

Topaz Premyer Liqasının X turunun "Neftçi" - "Sumqayıt" matçında "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

 

Topaz Premyer Liqasının X turunun "Zirə" - "Qəbələ" matçında "Zirə" klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

 

Oyunun 43-cu dəqiqəsində "Qəbələ" klubunun 14 N-li futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).

 

I Divizionun V turunun "Ağsu" - "Mil-Muğan" matçında "Ağsu" klubunun 4, "Mil-Muğan" klubunun isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).

 

Oyunun 90+4-cü dəqiqəsində "Mil-Muğan" klubunun 3 N-li futbolçusu Vaqif Mehrəliyev hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (maddə 42.3).

 

I Divizionun V turunun MOİK - "Turan Tovuz" matçının 88-ci dəqiqəsində MOİK klubunun 7 N-li futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

I Divizionun V turunun "Sabah" - "Xəzər" matçında "Sabah" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 48).